Akkan Suver: Bu seçkilər Azərbaycan, ümumiyyətlə, Türk dünyasının gələcəyi üçün önəm kəsb edir
Fevralın 8-də Türkiyə Mərmərə Vəqfi müşahidə missiyası növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, Türkiyə Mərmərə Vəqfi müşahidə missiyasının rəhbəri Akkan Suver Azərbaycanda növbədənkənar prezident seçkilərinin Avropa və dünya standartlarına tam uyğun şəkildə keçirildiyini deyib. “Biz 42 məntəqədə olduq. Səhər saatlarından 17:00-dək seçki prosesini diqqətlə izlədik. Seçicilər, xüsusilə, qadınlar çox fəallıq göstərirdilər”, deyən A.Suver bildirib ki, Qarabağ dastanından sonra Azərbaycan tam bir demokratik bayram yaşadı.
O, bu seçkilərin Azərbaycan, ümumiyyətlə, Türk dünyasının gələcəyi üçün önəm kəsb etdiyini bildirib.
Qeyd edək ki, prezident seçkilərinin ilk yekun nəticələrinə görə, İlham Əliyev seçicilərin 92,05 faizinin səsini qazanaraq qalib olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət