Slimfit
  1. CƏMİYYƏT

Akif Əlizadə bu vəzifəni daşıyacaq

Akif Əlizadə bu vəzifəni daşıyacaq
Sakura

Akif Əlizadə bu vəzifəni daşıyacaq

İstefa ərizəsi yazaraq, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsindən uzaqlaşmaq istəyən akademik Akif Əlizadə fəaliyyətini AMEA Geologiya və Geofizika İnstitutunun direktoru kimi davam etdirəcək.

Kult.az xəbər verir ki, əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı Akif Əlizadə AMEA prezidenti olmaqla yanaşı, Azərbaycan Geoloqlarının Milli Komitəsinin prezidenti, Qafqaz regional idarələrarası stratiqrafik komissiyanın sədri, Prezident yanında Elmin İnkişafı Fondunun və Dövlət Neft Şirkətinin Elm Fondunun Himayədarlar Şurasının üzvü, Prezident yanında Bilik Fondunun Himayəçilik Şurasının sədridir.

25 fevral 1934-cü il təvəllüdlü Akif Əlizadə 1957-ci ildən bugünədək Geologiya və Geofizika İnstitutunda çalışır.

Qeyd edək ki, bu gün 16:00-da AMEA Rəyasət Heyətinin qapalı toplantısı keçiriləcək. Toplantıda Akif Əlizadənin istefasına baxılacaq və yeni prezident seçiləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR