Slimfit
  1. TÜRKİYƏ

Akar: “Ukrayna və Rusiya arasında problemlərin dinc şəkildə həllinə tərəfdarıq”

Akar: “Ukrayna və Rusiya arasında problemlərin dinc şəkildə həllinə tərəfdarıq”
Sakura

Akar: “Ukrayna və Rusiya arasında problemlərin dinc şəkildə həllinə tərəfdarıq”

“Ukrayna və Rusiya arasında problemlərin dialoq yolu ilə dinc şəkildə həll olunmasına tərəfdarıq”.

Ens.az Apa.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O xatırladıb ki, Türkiyə Prezidenti Krımın ilhaqını tanımadıqlarını dəfələrlə bəyan edib: “Daima Krım tatar türklərinin yanındayıq. Qara dənizdə problemlər sahilyanı dövlətlər arasında “Regional Mülkiyyət Prinsipi” çərçivəsində həll edilməlidir. Bu prinsipə əməl olunmalıdır. Hazırda burada mövcud status-kvo çərçivəsində işlərimizi davam etdiririk”, - deyə Türkiyənin müdafiə naziri bildirib.

O vurğulayıb ki, Türkiyə böhrana səbəb olmadan Rusiya və digər Qara dəniz ölkələri ilə tarazlığı qorumağa çalışır: “Hər problem yarandıqda müharibə və qaynar bir vəziyyət meydana çıxmamalıdır. Problemlər dialoq və dinc metodlarla həll olunmalıdır”.

Ukraynanın Türkiyədən hərbi məsləhətləşmələrlə bağlı müraciətinin olub-olmaması ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, Ukrayna və Türkiyə arasında müdafiə sənayesində layihələr davam edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR