Slimfit
  1. MEDİA

Akademiya prezidenti Yüksək Texnologiyalar Parkında olub

Akademiya prezidenti Yüksək Texnologiyalar Parkında olub
Sakura

Akademiya prezidenti Yüksək Texnologiyalar Parkında olub

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev AMEA-nın Yüksək Texnologiyalar Parkına baxış keçirib, müəssisədə yaradılmış iş şəraiti ilə tanış olub.

Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri – birinci vitse-prezidentlər akademik İsa Həbibbəyli, akademik İbrahim Quliyev, vitse-prezidentlər – akademik Tofiq Nağıyev, akademik Dilqəm Tağıyev, akademik İradə Hüseynova, akademik Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov da iştirak ediblər.

Əvvəlcə AMEA İşlər idarəsinin müdiri, YTP-nin direktoru, texnika elmləri doktoru, professor Elton Məmmədov AMEA rəhbərliyinə Yüksək Texnologiyalar Parkının xəritəsi əsasında ərazinin plan-sxemi üzrə ətraflı məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış AMEA-nın Yüksək Texnologiyalar Parkında innovasiyayönümlü tədqiqat işlərinin istehsalatda yüksək texnologiyalarla tətbiqinə xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırıb. Elton Məmmədov Azərbaycan Respublikası üçün strateji əhəmiyyət kəsb edən müdafiə və mülki xarakterli layihələr, tədqiqat nəticələrinin yüksək elmtutumlu texnologiyalar üzərində tətbiqi və müxtəlif təyinatlı yüksək texnologiyaların işlənilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevi yüksək texnologiyaların istehsalı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi və perspektivdə duran layihələrin həyata keçirilməsinə dair mövcud vəziyyətlə tanış edən YTP direktoru Parkda görülən işlər barədə ətraflı məlumat verib.

Son iki ay ərzində ərazidə aparılan tikinti-quruculuq, yenidənqurma işlərini özündə əks etdirən Parkın əvvəl və sonra dronla çəkilmiş vizual görüntüsü AMEA rəhbərliyinin diqqətinə təqdim edilib.

Sonra AMEA rəhbərliyi Xəzərətrafı regionda yeganə qaz laboratoriyası kimi neft və qaz məhsullarının analizi aparılan Elmi-analitik sınaq laboratoriyası ilə tanış olub. Buradakı elmi-tədqiqat işləri, beynəlxalq və yerli müəssisələrlə, həmçinin neft və qaz sektoruna aid elmi-tədqiqat institutları ilə bağlanmış müqavilələr barədə Akademiya prezidentinə geniş məlumat verilib.

Həmçinin Ölçmə vasitələrinin kalibrlənmə laboratoriyası, Təcrübə otağı, Təcrübə-sənaye zavodu və rezidentlərin iş şəraitinə baxış keçirilib, mülki, eləcə də müdafiə xarakterli istehsal sahələri və istehsal prosesləri ilə tanışlıq olub.

Laboratoriya müdirləri və istehsal müəssisələrinin rəhbərləri AMEA Rəyasət Heyətinin üzvlərinə gördükləri işlər barədə ətraflı məlumat veriblər.

Tədbir ərazidə son iki ayda aparılmış tikinti-quruculuq, yaşıllıq-abadlaşdırma işlərinə baxışla başa çatdırılıb.

Tədbirdə, həmçinin bir sıra elmi-tədqiqat müəssisələrinin rəhbərləri, elmi işçilər, Yüksək Texnologiyalar Parkının əməkdaşları iştirak ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR