Akademik Zərifə Əliyeva adına liseyin şagirdlərinin layihəsi birinci yerə layiq görülüb
“Sabahın alimləri“ VIII Respublika müsabiqəsində “Biologiya” nominasiyası üzrə birinci yerə akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdləri Vaqif Məmmədzadə və Selcan Nurullayeva layiq görülüblər.
Layihə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun bioinformatika laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradovun rəhbərliyi altında yerinə yetirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, onlar “İnsan genomunda ikiistiqamətli promotorlar” layihəsinə görə bu mükafatla təltif olunublar.
“Sabahın alimləri” Respublika müsabiqəsinə təqdim olunan layihələrin AMEA-nın alimlərinin rəhbərliyi altında yerinə yetirilməsi istedadlı şagirdlərdə elmə marağın yaradılması üçün böyük əhəmiyyətə malikdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət