Slimfit
  1. MEDİA

Akademik Rasim Əliquliyev: “AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib”

Akademik Rasim Əliquliyev: “AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib”
Sakura

Akademik Rasim Əliquliyev: “AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib”

Noyabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA ilə Dövlət Gömrük Komitəsi (DGK) arasında anlaşma memorandumu imzalama mərasimi olub.

Tədbirdə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev qeyd edib ki, 1993-cü ildən başlayaraq AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində böyük intellektual dəstək verib, İnformasiya Texnologiyaları İnstitutunun bir şöbəsinin əməkdaşları DGK-ya yönəldilib: "Bu əməkdaşlığın nəticəsində DGK müvafiq sahədə böyük uğurlar əldə edib. Təsadüfi deyil ki, 2002-ci ildə BMT-nin İnkişaf Proqramı DGK-nın İKT sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib".

Hazırda ölkədə biliklər cəmiyyətinin formalaşdırıldığını deyən AMEA-nın akademik-katibi Azərbaycanın iqtisadi maraqlarının qorunması, iqtisadi təhlükəsizliyinin təmin edilməsinin qarşıda duran mühüm məsələlərdən olduğunu vurğulayıb. Əlavə edib ki, bütün bu vəzifələrin icrası elmi dəstəyə, intellektual potensiala əsaslanır. Akademik Rasim Əliquliyev bildirib ki, gömrük işində təhlükələrin, risklərin və bu kimi halların qarşısının alınmasında İKT prioritet sahələrdən biridir. Akademik qeyd edib ki, DGK-da əldə olunan irihəcmli məlumatların emalı və təhlili üçün Big Data və superkompüter texnologiyalarından istifadə zəruridir. R.Əliquliyev bütün bunların memorandumda öz əksini tapdığını və AMEA-nın gələcəkdə də qeyd olunan istiqamətdə DGK-ya lazımi dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

Akademik qeyd olunan məsələlərin, ümumən gələcək planların, birgə həyata keçiriləcək tədbir və layihələrin müzakirəsi məqsədilə AMEA ilə DGK-nın birgə dəyirmi masanın təşkilini təklif edib.

 

 

AMEA Rəyasət  Heyətinin aparatı

İctimaiyyətlə əlaqələr və

elmin populyarlaşdırılması idarəsi

İctimaiyyətlə əlaqələr şöbəsi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR