Slimfit
  1. MEDİA

Akademik İbrahim Quliyev Avropa Komissiyasının nümayəndəsi ilə görüşüb

Akademik İbrahim Quliyev Avropa Komissiyasının nümayəndəsi ilə görüşüb
Sakura

Akademik İbrahim Quliyev Avropa Komissiyasının nümayəndəsi ilə görüşüb

Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik İbrahim Quliyev Avropa Komissiyasının nümayəndəsi, Sosial İnnovasiyalar Mərkəzinin layihə meneceri Martin Feliks Qajdusek ilə görüşüb.

Qonağı salamlayan akademik İbrahim Quliyev AMEA-da müxtəlif elm sahələri üzrə aparılan tədqiqatlar, elm və təhsilin inteqrasiyası, elmin kommersiyalaşması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. Birinci vitse-prezident Akademiyanın CERN, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Dubna) və digər nüfuzlu elm mərkəzlərilə sıx əməkdaşlığından söz açaraq ölkə alimlərinin müxtəlif beynəlxalq proqram və layihələrdə fəal iştirak etdiyini bildirib. Qeyd edib ki, AMEA-nın elmi müəssisələri ilə respublikanın müxtəlif nazirlikləri, bəzi ali məktəbləri arasında bağlanan saziş və müqavilələrə əsasən müştərək laboratoriyalar fəaliyyət göstərir, birgə layihələr həyata keçirilir.

Səmimi qəbula görə akademik İbrahim Quliyevə minnətdarlığını bildirən Martin Feliks Qajdusek Avropa Komissiyasının Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə həyata keçirdiyi birgə layihələr haqqında danışıb. Akademik qurumlar və ali təhsil müəssisələri tərəfindən elmi infrastrukturun müştərək istifadəsindən bəhs edən ekspert Azərbaycanda vahid məlumat bazasının yaradılmasının zəruri olduğunu qeyd edib.

Sonra AMEA ilə ölkənin ali təhsil müəssisələrinin müştərək məlumat bazasının yaradılması üçün standartların müəyyənləşdirilməsi, elmi-tədqiqatların səmərəli təşkili məqsədilə avadanlıq və cihazların alınması və saxlanılması üzrə yanaşmaların müvafiq müəssisələr arasında müzakirəsi, bu sahənin optimallaşdırılması və təkmilləşdirilməsi üçün müxtəlif qurumlar tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi və digər mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin, AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və Avropa Komissiyasının Horizon 2020 Proqramının COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) fəaliyyəti üzrə Milli əlaqələndirici şəxsi, Azərbaycan Milli Antidopinq Agentliyinin Elm şöbəsinin müdiri İlham Hümbətov da iştirak ediblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR