Slimfit
  1. DÜNYA

Ailə səhvən yeni doğulmuş körpəni dəfn etdi

Ailə səhvən yeni doğulmuş körpəni dəfn etdi
Sakura

Ailə səhvən yeni doğulmuş körpəni dəfn etdi

Çinin Şandun əyalətində ailə səhvən yeni doğulmuş uşağı diri-diri basdırıb. Xoşbəxtlikdən yerin altından uşağın səsini eşidən yerli sakinlər onu xilas edib.

Uşağı yerin altından çıxaran sakinlər onu xəstəxanaya çatdırıb. Yeni doğulmuş uşağın çəkisi kilo yarım olub, anemiya və sarılıqdan əziyyət çəkib. Ancaq uşağın başqa xəstəlikləri olmayıb.

İndi uşaq iki aylıqdır, çəkisi dörd kiloqram artıb və sağlamlığı yerindədir.

Polislər uşağın axtarışına başladıqda şöbəyə uşağın babası olduğunu iddia edən bir nəfər yaxınlaşıb. Babanın sözlərinə görə, uşağın əkiz qardaşı da var. Lakin həkimlər doğulduqdan sonra sözügedən körpənin ağciyər problemi olduğunu və öldüyünü dediklərindən ailə uşağı dəfn edib.

Polis əməkdaşları bu iddiaların doğru olub-olmadığını yoxlayır və araşdırma aparırlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR