Slimfit
  1. MARAQLI

Ailə həyatında xoşbəxtsinizmi?

Ailə həyatında xoşbəxtsinizmi?
Sakura

Ailə həyatında xoşbəxtsinizmi?

Bu test suallarına cavab verməklə nə qədər xoşbəxt olub – olmadığınızı öyrənə bilərsiniz.

 

Siz yeməyə nə bişirəcəyiniz haqqında düşünərkən …

  1. Ərinizin damaq zövqünə görə yemək hazırlayırsınız-6 bal
  2. Nəyi bişirməyi xoşlayırsınız onu bişirirsiz-2 bal
  3. Bir neçə gün əvvəldən planlaşdırdığınız yeməyi bişirirsiniz-4 bal

 

Bəzən düşünürsünüz ki, …

  1. Daha bir mənasız, məqsədsiz və maraqsız gün keçirdiniz -2 bal
  2. Ailə qurmaqda səhv edibsiniz –1 bal
  3. Ümumilikdə siz ailə həyatınızdan razısınız, çətinliklər isə hər ailədə

Olur – 5 bal

 

Yoldaşınızla bir yerə getmək planınızı (məsələn, kinoya, restorana) o

 pozmuşdur. Bu halda siz…

  1. Siz bunu tez unudursunuz, boş qalmış vaxtınızı başqa bir şeylə

dəyərləndirirsiniz -5 bal

  1. Kefiniz pozulsa da bunu biruzə vermirsiniz;axı gəzməyə hələ vaxtınız

çoxdur –6 bal

  1. Çox əsəbləşirsiniz, ilk fürsətdə yoldaşınıza bunu bildirirsiniz –2 bal

 

Yoldaşınızın “sola getməsi” haqqında söz-söhbət eşitmisiniz. Bu halda siz …

  1. Özünüzdə səbəb axtarırsınız -6 bal
  2. İntiqam almaq üçün yollar axtarırsınız -1 bal
  3. Buna sakit yanaşırsınız, axı siz də günahsız deyilsiniz – 3 bal

 

 Uşaq vaxtı siz ən çox …

  1. Kuklalarla gəzməyi xoşlayırdınız – 2 bal
  2. Yaşıdlarınızla gəzirdiniz – 5 bal
  3. Həm onunla, həm digəri ilə. Daha yaxşısı hər ikisi ilə birlikdə – 4 bal

 

 Uşaqlıqda … geyinməyi xoşlayırdınız

  1. “Balaca şahzadə” donu -5 bal
  2. Sport geyim -4 bal
  3. Cins, şalvar və ya şort – 1 bal

 

Siz balaca olanda … xoşuna gəlirdi

  1. Kuklalarla və qızlar üçün olan başqa oyunlardan – 5 bal
  2. Böyüklərin davranışını təkrarlayan oyunlar – 4 bal
  3. Kişi oyunları: stolüstü xokkey, futbol, robotlar və s .– 1 bal

 

Yaşıdların əhatəsində olarkən siz …

  1. Həmişə idarəedici olmusunuz -2 bal
  2. Heç vaxt lider olmamısınız -6 bal
  3. Həmişə yox, vəziyyətdən asılı olaraq lider olmusunuz -4 bal

 

Sizin dostlarla istirahət planınız var. Lakin son anda yoldaşınız gələ bilmir.

 Bu halda siz …

  1. Onsuz gedib əylənirsiniz -4 bal
  2. Siz də imtina edirsiniz -6 bal
  3. Yoldaşınızdan necə etməyi soruşur, onun fikri ilə hesablaşırsınız -3 bal

 

Yoldaşınız işdən evə əsəbi və gərgin gəlmişdir. Siz …

  1. Nə olduğunu aydınlaşdırmağa çalışırsınız – 6 bal
  2. Yoldaşınız iş problemlərini işdə qoymağı bacarmadığı üçün

deyinirsiniz – 2 bal

  1. Pis əhvalına nə səbəb olduğunu təxmin edirsiniz, lakin onun işinə

qarışmırsınız  – 5 bal

 

Əgər hər hansı bir məsələdə yoldaşınızın mövqeyi fərqlidirsə və

 mübahisə başlayırsa, siz …

  1. Siz öz fikrinizi dəyişmirsiniz, lakin mübahisədən çəkinirsiniz -5 bal
  2. Öz fikrinizin düzgün olduğunu böyük dava-dalaş olsa belə sübut

etməyə çalışırsınız -1 bal

  1. Səhv olduğunuzu boynunuza alırsınız, lakin sonra özünüzü buna görə

ittiham edirsiniz -2 bal

 

 NƏTİCƏ

25 bala qədər. Sizin ailə həyatınızı xoşbəxt saymaq çətindir. Siz onun fikri ilə hesablaşmırsınız, hətta çox zaman onun acığına hərəkət edirsiniz. Buradan da

qaçılmaz söz-söhbət yaranır. Düşünün ki, sizin güzəştə getməməyiniz ailə hhyatınızı təhlükə altında qoya bilər.

26-50 bal. Sizin ailə həyatınızda yoldaşınızın rolu birincidir, siz isə daha arxa planda qalırsınız. Ancaq bu yalnız görünüşdür. Əslində ailə gəminizin idarə edəni

sizsiniz. Ancaq öz müdrikliyinizə görə onu ailədə lider hiss etdirə bilirsiniz.

50 bal və daha çox. Sizdə müstəsna qadın cazibəsi, incəliyi və taktikası var. Bu xüsusiyyətləriniz kişi xüsusiyyəti olan sərtlik və qərarlılıqla birləşir. Sizin kədərlənməyə səbəbləriniz olur. Lakin siz başa düşürsünüz ki, ailənizi qorumaq sizin əlinizdədir.

Mənbə: Gəncailə.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR