Slimfit
  1. DÜNYA

Aİ Şurası və Avroparlament çirkli pulların yuyulmasına qarşı mübarizə paketi üzrə qismən razılıq əldə edib

Aİ Şurası və Avroparlament çirkli pulların yuyulmasına qarşı mübarizə paketi üzrə qismən razılıq əldə edib
Sakura

Aİ Şurası və Avroparlament çirkli pulların yuyulmasına qarşı mübarizə paketi üzrə qismən razılıq əldə edib

Avropa İttifaqı Şurası və Avropa Parlamenti çirkli pulların yuyulmasına qarşı mübarizə paketinin bəzi hissələri üzrə müvəqqəti razılıq əldə edib.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.

Bildirilib ki, paketin məqsədi Aİ vətəndaşlarını və Aİ-nin maliyyə sistemini çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsindən qorumaqdır.

Belçikanın maliyyə naziri Vinsent Van Petegem (Vincent Van Peteghem) bu sazişin Aİ-nin çirkli pulların yuyulmasına qarşı yeni sisteminin bir hissəsi olduğunu bildirib:

“Bu addım çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı milli sistemlərin təşkili və birgə işləmə üsulunu təkmilləşdirəcək. Həmçinin fırıldaqçıların, mütəşəkkil cinayətkarların və terrorçuların gəlirlərini maliyyə sistemi vasitəsilə qanuniləşdirməsinə yer qoymayacaq”.

Bildirək ki, çirkli pulların yuyulmasına qarşı tənzimləmə üzrə müvəqqəti razılaşma ilk dəfə olaraq bütün Aİ-də qaydaları tam şəkildə uyğunlaşdıracaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR