Slimfit
  1. AZƏRBAYCAN

Aİ səfiri: "Azərbaycanın insan alverinə qarşı mübarizədə atdığı addımları yüksək qiymətləndiririk"

Aİ səfiri: "Azərbaycanın insan alverinə qarşı mübarizədə atdığı addımları yüksək qiymətləndiririk"
Sakura

Aİ səfiri: "Azərbaycanın insan alverinə qarşı mübarizədə atdığı addımları yüksək qiymətləndiririk"

"Azərbaycanın insan alverinə qarşı mübarizədə atdığı addımları yüksək qiymətləndiririk. Qanun səviyyəsində çox şey edilib. Amma belə halların araşdırılması və müəyyən edilməsi üzrə hələ çox iş görülməlidir".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nüməyəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas "Avropa İttifaqının İnsan Alverinə Qarşı Mübarizə” gününə həsr olunmuş konfransda deyib.

Onun sözlərinə görə, hər kəs bu cür cinayətlərə qarşı mübarizə aparmalıdır: "Bu cinayətlər dəyərlərimizə ziddir. Bu problemi yalnız birgə səylərlə həll edə bilərik. Vəziyyəti təhlil etmək çox vacibdir. Problemin həlli üçün ən yaxşı yol onun mənbəyini tapmaqdır", - diplomat vurğulayıb.

K.Yankauskas qeyd edib ki, hazırda müşahidə olunan miqrasiya böhranı problemdir və insan alveri üçün əlverişli şərait yaradır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR