Dərc edildi: Baxış sayı: 299
Aİ-nin səkkiz ölkəsi Navalnının ölümü ilə bağlı yeni sanksiyaların tətbiqi üçün lobbiçilik edir
Avropa İttifaqının səkkiz ölkəsi Aleksey Navalnının ölümünə görə Rusiya rəsmilərinə qarşı yeni sanksiyaları hazırlamaq üçün diplomatik səylər göstərir.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrellə fevralın 28-də göndərilən məktubu Çexiya, Polşa, Rumıniya, Finlandiya, İsveç, eləcə də Latviya, Litva və Estoniyanın xarici işlər nazirləri imzalayıb.
Məlumata görə, Aİ-nin daha dörd ölkəsi bu ideyanı dəstəkləsə də, sənədi imzalamaqdan imtina edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət