Aİ Malidə çevriliş səbəbiylə nümayəndəliklərinin işini müvəqqəti olaraq dayandırdı
Avropa İttifaqı Malidəki hərbi çevriliş səbəbiylə ölkədə təhlükəsizlik qüvvələrini hazırlanması üzrə nümayəndəliklərinin missiyasının müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu Aİ Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borel Aİ Müdafiə Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
"Maliyyədəki nümayəndəliklərimizin müvəqqəti olaraq dayandırıldığını vurğulamaq lazımdır. Ən qısa müddətdə işə başlanacaq. Bu çox vacibdir, çox səy sərf etdik və hər şeyi itirmək istəmirik", - C.Borel deyib.
Xatırladaq ki, fvqustun 18-də Malinin paytaxtı Bamako yaxınlığındakı hərbi bazada üsyan baş verib. Hərbçilər Baş Qərargahı ələ keçirib, prezident də daxil olmaqla ölkənin yüksək rəhbərliyini həbs edərək və Milli Komitə yaratıblar. Mali prezidenti İbrahim Bubakar Keyta istefa verib, hökumət və parlamentin buraxılıb. Polkovnik Ismayıl Vage avqustun 20-də ölkədə müvəqqəti prezidentin başçılıq etdiyi keçid şurasının yaradılacağını elan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət