Slimfit
  1. DÜNYA

Aİ indiyə qədər Ukraynaya 30 milyard avroya yaxın hərbi yardım göndərib

Aİ indiyə qədər Ukraynaya 30 milyard avroya yaxın hərbi yardım göndərib
Sakura

Aİ indiyə qədər Ukraynaya 30 milyard avroya yaxın hərbi yardım göndərib

Avropa İttifaqına (Aİ) üzv ölkələr indiyə kimi ikitərəfli razılaşmalar və Avropa Sülh Fondu vasitəsilə Ukraynaya 30 milyard avroya yaxın hərbi yardım göndərib.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell deyib.

O bildirib ki, Ukrayna bu yardım sayəsində Rusiyaya müqavimət göstərə bilib: “ABŞ-nin hərbi yardımı daha vacibdir. Amma Aİ Ukraynaya ABŞ-dən qat-qat çox yardım göstərib”.

J.Borrell söyləyib ki, Aİ-nin Kiyevə yardımı davam edəcək: “Bu, belə də olmalıdır. Çünki Rusiya Aİ üçün strateji təhlükə yaradır”.

Qeyd edək ki, Rusiya daha əvvəl Ukraynaya silah tədarükü ilə bağlı NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukraynaya göndərilən istənilən silah yükü Rusiya üçün qanuni hədəfdir. Onun sözlərinə görə, NATO ölkələri Ukraynaya silah yardımı etməklə “odla oynayır”

Kremlin sözçüsü Dmitro Peskov isə bildirib ki, Qərbin dəstəyi Rusiya-Ukrayna danışıqlarının qarşısını alır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR