Slimfit
  1. AZƏRBAYCAN

Aİ ilə növbəti danışıqlar bu tarixdə keçiriləcək

Aİ ilə növbəti danışıqlar bu tarixdə keçiriləcək
Sakura

Aİ ilə növbəti danışıqlar bu tarixdə keçiriləcək

Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə dair danışıqların növbəti mərhələsinin gələn il yanvar ayında Brüsseldə keçirilməsi nəzərdə tutulur.

Axar.az xəbər verir ki, 2019-cu ilin yanvar ayında Avropa İttifaqı ilə Azərbaycan siyasət, təhlükəsizlik və ticarət məsələlərinə dair dialoqu davam etdirəcəklər.

Bu haqda jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas məlumat verib.

Səfir Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə dair danışıqların dekabrın 4-dən 6-dək Bakıda keçirilmiş mərhələsini şərh edərək bildirib ki, “danışıqlar səmərəli olub”.

Bu gün həm də sektorial məsələlərə dair videokonfrans keçirilib.

Diplomat qeyd edib ki, Avropa İttifaqının yetərincə geniş tərkibli nümayəndə heyətinin Bakıya gəlməsi Avropa İttifaqının Azərbaycan ilə saziş bağlamaq niyyətinin ciddiliyinə dəlalət edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR