Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ağzında yaralar çıxdı, dəhşətli diaqnoz qoyuldu – Ağıziçi xoraların qorxulu səbəbi

Ağzında yaralar çıxdı, dəhşətli diaqnoz qoyuldu – Ağıziçi xoraların qorxulu səbəbi
Sakura

Ağzında yaralar çıxdı, dəhşətli diaqnoz qoyuldu – Ağıziçi xoraların qorxulu səbəbi

27 yaşlı qız ağzının içində çıxan yaralar səbəbindən həkimə müraciət etdikdə, ona xroniki tonzillit diaqnozu qoyulur. Badamcıqların iltihabı əleyhinə dərman qəbul edən qızın qəfildən hərarəti kəskin qalxır, bədənində göyərmələr yaranır. Xəstəni təcili hospitəlizə edirlər. 
 
Medicina.az xəbər verir ki, İngiltərədə baş vermiş bu hadisədə həkimlərin ilk müayinədə yanlış diaqnoz qoymaları səbəbindən az qala gənc qız həyatını itirəcəkdi. 
 
Ciddi analizlərdən sonra xəstədə nadir və qorxulu xəstəlik – aplastic anemiya aşkarlanır. Xəstəlik sümük iliyini zədələyir və qan hüceyrələrinin səviyyəsini azaldır. 
Düzgün diaqnoz və müalicə olmasaydı, pasiyent 2-3 ay ərzində öləcəkdi.
 
Xəstəxanada ona  50 qan köçürülməsi olunub. Lakin yeganə çıxış yolu, sümük iliyinin köçürülməsidir. Bu məqsədlə xəstənin bacısı donor olub. Əməliyyatdan və ilik köçürülməsindən sonra xəstə normallaşmağa başlayır. 
 
Qız digər gənclərə ağzındakı yaralara, bədəndəki ağrılı qançır və göyərmələrə biganə yanaşmamağı tövsiyyə edib. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR