Dərc edildi: Baxış sayı: 1390
Ağsu-Xanbulaq yolundakı çökmənin səbəbləri açıqlandi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ağsu-Xanbulaq avtomobil yolundakı çökmənin səbəblərini açıqlayıb.
Agentlikdən Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarında Ağsu rayonunda dağda yaranmış sürüşmə nəticəsində Ağsu-Xanbulaq avtomobil yolunun təqribən 7-ci km-də yolun hərəkət hissəsinə dağın yamac hissəsindən torpaq qatı axaraq tökülüb.
Nəticədə yol ilə hərəkət qısa müddətlik məhdudlaşıb.
Dərhal əraziyə Avtomobil Yolları Dövlət Agentliyinin texnika və canlı qüvvəsi cəlb olunaraq qısa müddət ərzində yaranmış problem aradan qaldırılıb və yol ilə hərəkət bərpa olunub.
Qeyd edək ki, ərazi aktiv sürüşmə zolağında yerləşir və torpaq uçqununa intensiv yağışlar səbəb olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət