Slimfit
  1. AZƏRBAYCAN

Ağsu məktəbliləri maarifləndirici tur-aksiya çərçivəsində şimal bölgəsi ilə tanış olacaqlar

Ağsu məktəbliləri maarifləndirici tur-aksiya çərçivəsində şimal bölgəsi ilə tanış olacaqlar
Sakura

Ağsu məktəbliləri maarifləndirici tur-aksiya çərçivəsində şimal bölgəsi ilə tanış olacaqlar

“Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya çərçivəsində Ağsu rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup noyabrın 18-də Qubaya yola salınıb. Dörd gün davam edəcək səfər zamanı şagirdlər Azərbaycanın şimal bölgəsi olan Quba, Qusar və Xaçmaz rayonlarını gəzərək bu yerlərin tarixi və maddi-mədəniyyət abidələri, adət-ənənələri, sosial-iqtisadi həyatı barədə zəngin bilgilər əldə edəcəklər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərlərinin, məktəb direktorlarının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhərin mərkəzindəki Heydər parkında yolasalma mərasimi keçirilib. Tur-aksiya iştirakçıları əvvəlcə parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.

Yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın artıq beşinci ildir ki, təşkil olunduğunu, gözəl ənənə halını aldığını diqqətə çatdırıb. Məktəblilərə uğurlu yol, şən və mənalı istirahət arzulayan icra hakimiyyətinin başçısı onlara Azərbaycanın şimal rayonları barədə daha zəngin məlumatlar qazanmağı tövsiyə edib.

Çıxış edən valideynlər bu gözəl təşəbbüsə, övladlarının Azərbaycanı daha yaxından tanımaları, vətənpərvər ruhda tərbiyəsi, gözəl istirahəti üçün göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra rayon musiqiçilərinin ifasında konsert olub. Milli rəqslərimizi ifa edən məktəblilər avtobusa əyləşərək Qubaya yola düşüblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR