Ağstafa rayonunun cəbhəyanı Tatlı kəndində enerji sistemi yenidən qurulur
“Azərişıq” ASC Qərb regionunda aparılan yenidənqurma işlərini davam etdirir. İstismar müddətini başa vurmuş elektrik şəbəkələri yenidən qurulur, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, kənd təsərrüfatı, sənaye, turizm və digər iaşə obyektlərinin, o cümlədən əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün əsaslı təmir-tikinti işlər həyata keçirilir.
Bunu "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, “Qərb” RETSİ-nə daxil olan Ağstafa EŞ-də cari ildə elektrik enerjisinin ötürülməsində keyfiyyət dəyişkliyinə nail olunub. İstehlakçıların dayanıqlı elektrik enerjisi ilə təminatı üçün 35/6 kV-luq Poylu kəndində “Nasos yarımstansiyası” tamamilə yenidən qurularaq son texnologiyalı avadanlıqlarla təchiz edilib. Ötən üç il ərzində Ağstafa elektrik şəbəkəsinin xidməti ərazisində 36 ədəd 10,6/0,4 kV – luq müxtəlif gücdə KTM –lər istifadəyə verilib. 110/35/10 kV-luq “Ağstafa yarımstansiyası” yenidən qurulur. Sərhəd yanı Tatlı kəndində elektrik enerjisinin paylanmasında keyfiyyətin artırılması üçün 10 və 0,4 kV-luq şəbəkələr tamamilə yenidən qurulur. Kənddə 7 ədəd müxtəlif güclü müasir tipli KTM-lər quraşdırılıb. 50 ədəd yeni 10 kV dayaqlar basdırılıb, 440 ədəd 0,4 kV SİP dayaq quraşdırılıb. 7 km uzunluğunda ÖİN(SİP) çəkilib. Hal hazırda kənddə tamamlama işləri aparılır. Bu ilin 8 ayı ərzində Ağstafa rayonunda 863 abonentə sayğac quraşdırılıb. Onlardan 629 ədədi əhali, 234 ədədi isə qeyri-əhali abonentidir.
Hazırda Ağstafa rayonunda 0,4 kV-luq elektrik şəbəkələrinin ÖİN kabellərlə əvəzlənməsi işləri davam etdirilir, yeni avadanlıq (dayaqlar,SİP kabellər,KTM-lər və s.) qurlaşdırılır, sayğaclar dəyişdirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət