Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ağlamaq faydalıdırmı?

Ağlamaq faydalıdırmı?
Sakura

Ağlamaq faydalıdırmı?

2014-cü ildə elm adamları tərəfindən aparılan araşdırmalar nəticəsində ağlamanın insan üzərində rahatladıcı təsiri olduğu ortaya çıxıb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, ağlamanın nəticəsi dərhal özünü göstərməsə də, bir müddət sonra bədənimizin rahatlamasına kömək edir. Arardırmaçılara görə, ağlamaq parasempatik sinir sistemini aktiv edir. Bu da beyində sakitləşdirici təsir yaradır.

Yüksək qan təzyiqi infakt, iflic, ürək çatışmazlığı və hətta böyrək çatışmazlığı kimi ciddi problemlərə yol aça bilər. Amma bir neçə araşdırmaya görə, ağlamaq sadəcə qan təzyiqini aşağı salmır, eyni zamanda nəbzi də sabitləşdirir.

Ağlayarkən gözlərdən axan gözyaşları duman və toz kimi töküntüləri gözlərdən təmizləyir. Bundan başqa ağlayan zaman tökülən göz yaşları bədəndə stres səbəbilə yığılan toksinləri xaric edir. Toksinlərin bu şəkildə çıxarılması bədəndə kortizol səviyyəsinin aşağı düşməsinə kömək edir və nəticədə daha yüngül əhval-ruhiyyə yaradır.

Fiziki ağrı hiss edərkən göz yaşları adətən ixtiyarsız şəkildə yayılır. Bu bədənin ağrı hissini azaltma üsuludur. Araşdırmalar emosianal göz yaşlarının oksitosin və endorfin kimi maddələr istehsal etdiyini ortaya çıxarıb. Bu kimyəvi maddələr insanların özlərini yaxşı hiss etməsini təmin edir və həm fiziki, həm də duyğusal ağrını azaldır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR