Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ağızda quruluğun 7 səbəbi – Çıxış yolu

Ağızda quruluğun 7 səbəbi – Çıxış yolu
Sakura

Ağızda quruluğun 7 səbəbi – Çıxış yolu

Ağızda quruluq, dilin-dodağın quruması 2 səbəbdən normal hesab edilə bilər: susuzluq və ya stress, həyəcan.
Əgər bu 2 səbəb yoxdursa, amma ağzınızın içi tez-tez quruyursa, deməli, səhhətdəki səbəbləri axtarmaq lazımdır.
 
Medicina.az ağızda quruluğa gətirib çıxaran 7 əsas səbəbi təqdim edir.
 
1.Maye azlığı, orqanizmin susuzlaşması
 
Bu ən geniş yayılmış səbəbdir. Əgər ağız, dodadığınız quruyursa, ya siz çox maye itirmisiz, ya da orqanizmin su tələbatını ödəmirsiz. Qusma, diareya, idmanla məşğul olduqda, qaçışdan sonra orqanizm su itirir. Ona görə ağız quruluğunda, siz ilk öncə gündəlik təmiz su qəbulunu getdikcə artırın.
 
2.Siqaret çəkirsiz
 
Tabak tüstüsü, nikotin ağız selikli qişasını qurudur, ağız suyu, tüpürcək hasilini azaldır. Bu da ağzı qurudur.
 
3.Burun nəfəaslmanızda problem var
 
Siz ağzınızla nəfəs alırsız, burunla tənəffüsdə problem var. Yatanda belə ağzıaçıq yatırsız. Bu da selikli qişanı qurudur. Eləcə otaq temperaturu quru olan, kifayət qədər rütubətlilik olmadıqda da ağız quruyur
 
4.Dərman qəbul edirsiz
 
Çox dərmanların əks təsirində yazılıb ki, ağızda quruluq yarada bilər. Təzyiq dərmanları, antidepressantlar, antihistaminlər, diareyaya qarşı dərmanlar, nevroloji dərmanlar ağızı qurudur
 
5.Sizdə şəkərli diabet riski yaranıb
 
 
Ağızda quruluq bu xəstəliyin zahiri əlamətidir. Daimi susuzluq, si içsəniz də bu hissin keçməməsi, tez-tez sidiyə getmə varsa, gizli şəkəri yoxladın
 
6.Sizdə autoimmun xəstəlik başlayır
 
40 yaşından sonra revmatoid artrit, qalxanvari vəz xəstəlikləri, qurdeşənəyi, psoriaz və s. xəstəliklər ola bildiyindən, immunitet öz hüceyrələrinə qarşı hücuma keçir. Bunun bir əlaməti də ağızda quruluqdur
 
7.Ağız suyu vəziləri yaxşı çalışmır
 
Ağızda olan xüsusi xırda vəzilər tənbəlləşdikdə, müəyyən diş, damaq problemlərindən pozulduqda, hissiyatı itdikdə, lazımi qədər ağız suyu ifraz etmir və quruluq yaranır. Onları stomatoloq yoxlaya bilər və bunun üçün müalicə var.
 
Nə etməli:
 
- İlk növbədə zərərli vərdişləri tərgitməli
- Burunla nəfəsalmanı təmin etməli
- Stomatoloqluq problem varsa həll etməli
- Aktiv çeynəməli
 
- Ağızı su ilə tez tez yaxalamalı
- Sinir sistemini qaydaya salmalı
- Ağız qurudan dərmanları dəyişməli
- Bunlar təsir etməsə, stomatoloq, terapevt və endokrinoloqa gedərək, yoxlanmalı
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR