Dərc edildi: Baxış sayı: 1214
Ağır xəstəlik yeddi yaşlı qızı “daşa döndərir”
Hindistanın Çxattisqarh ştatında yaşayan yeddi yaşlı Radjeşvari müalicə olunmayan ağır xəstəlikdən əziyyət çəkir.
“Daily Mail” xəbər verir ki, epidermolitik ixtioz səbəbindən uşaq zaman keçdikcə “daşlaşır”.
Qızın əlləri, ayaqları, qarnının və belinin böyük hissəsi çatlamış pulcuqvari qabıqla örtülüdür.
Yeddi yaşlı qız bu xəstəlikdən çox əziyyət çəkir. Çünki otura və gəzə bilmir.
Xəstəlik müalicə olunmasa da, onun simptomlarını yüngülləşdirmək mümkündür. Lakin bunun üçün valideynləri qızı uzaqda yerləşən xəstəxanaya aparmalı olurlar. Bu da onlar üçün maddi baxımdan çox çətindir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət