Slimfit
  1. TEXNOLOGİYA

Ağıllı uşaq arabası təqdim olunub

Ağıllı uşaq arabası təqdim olunub
Sakura

Ağıllı uşaq arabası təqdim olunub

Almaniyanın Bosch şirkəti iki elektrik mühərriki ilə təchiz edilən ağıllı uşaq arabasını təqdim edib.

TED.az xəbər verir ki, elektrik mühərrikləri ilk növbədə uşaq arabasının hərəkətinə - yuxarı itələməyə və ya tormozlamağa kömək üçün nəzərdə tutulub. Onu idarə edən şəxs hərəkət edərkən daha az güc sərf edəcək.

Bundan əlavə “eStroller”ə yol örtüyünün analizi üçün də bir sıra sensorlar quraşdırılıb. Istehsalçılar bildiriblər ki, sensorlar valideynin fikri yayındıqda arabanın gözlənilməz istiqamətlərdə hərəkətinin qarşısını almağa xidmət edir.

 

 

Qurğunun korpusunda USB-port və Bluetooth modulu yerləşdirilib. Digər xüsusi proqramın köməyilə də batareyanın nə qədər enerjisi qaldığını öyrənmək, gedilmiş yolu, həmçinin qaçırılmağa qarşı sistemi işə salmaq mümkündür. Bu sistem araba ona qoşulmuş qurğudan çox uzaqda olduqda və ya onunla əlaqə  kəsildikdə işə düşür.

Bosch şirkəti “eStroller” arabasının satışı ilə məşğul olmayacaq. Artıq “Emmaljunga” adlı İsveç firması ilə müqavilə bağlanıb.

Qeyd edək ki, yalnız birnəfərlik deyil, iki və üçnəfərlik ağıllı uşaq arabalarının istehsalı da planlaşdırılır. İlk partiya 2020-ci ilin başlanğıcında yalnız İsveç ərazisində satışa çıxarılacaq.

 Arabanın qiyməti hələ ki, açıqlanmır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR