Slimfit
  1. TEXNOLOGİYA

​Ağıllı telefonların axmaq kölələri

​Ağıllı telefonların axmaq kölələri
Sakura

​Ağıllı telefonların axmaq kölələri

Müasir həyatın şərtləri hər şeyi ucuzlaşdırıb, dəyərini azaldıb.

Bu yaxınlarda kiçik qardaşımın “İnstagram” hesabında bir xanım gördüm. Bir az açıq saçıq, cazibədar deyə biləcəyimiz şəkillərini paylaşırdı. Qardaşımdan soruşdum ki, bu kimdir? Dedi ki, tarix müəllimimiz...

Böyüklərimiz həmişə deyirdi ki, biz məktəb vaxtı düşünürdük görəsən müəllimlərimiz də bizim kimi yemək yeyirlər, yatırlar? Görün şagirdlərin gözündə hansı mövqedə olub müəllim. İndi şagird “Facebook”-da dürtdüyü müəllimə, “Whatsapp”-da yazışdığı müəllimə hansı hörməti qoyacaq?

O şey ki, əlçatan olur, adiləşir, dəyərsizləşir insan üçün. Bir vaxtlar Tv kanallarını güdürdük ki, maraqlı film olar, baxaq. Hansısa filmə əvvəlində çatmayanda heyfislənirdik. Pul verib film icarəyə götürənlər vardı. İndiki kimi yüzlərlə kanal da yox idi. İndi aç interneti, hansı filmi istəsən bax. İndi kino da çoxdur, serial da, kanal da. Bircə insanların hüzuru azdır.

Sevgi də dəyərsizləşib. Hərdən qəribə bir fikir gəlir ağlıma, düşünürəm ki, 30 il əvvəl bizə desəydilər ki, sevdiyin qadın başqa kişinin penisnə baxıb, nə bilim, nə edərdik?! İndi münasibət quranda artıq bilirsən ki, qarşındakı qadın səni səndən çox bilir. Gördüyünü görüb.

Kim düşünərdi ki, porno bir biznes sahəsi, film növü olacaq ? Uşaqlar da deyir ki, atam işə gedib.

İndi hansısa peşəyə yiyələnmək də bəsit hal alıb. Hamının əlində telefon, 2 dənə şəkil çək ol fotoqraf, 2 dənə də öz şəklini çək foto-model ol... Klip çəkib müğənni olmaq, kino çəkib rejissor olmaq nədir ki indi? Su içmək. Ona görə sənət də düşüb dəyərdən, adiləşib. Hamı sosial şəbəkələrdə 2-ci bir şəxsiyyət yaradıb özü üçün, hamı hadisələri şərh edir, hamı sosioloq, psixoloq olub.

Şagirdlər telefonla gedib gəlir məktəbə. Uşaq gəlib evdə deyir ki, dostlarımın telefonu var, mən də istəyirəm. Valideyn də yox deyə bilmir, imkanı olmasa da kreditə girib alır. İmkanı olan da zatən uşaq deməmiş alır... Kasıb uşağını varlı uşağı yanında, valideyni övladı yanında gözü kölgəli edib əl boyda cihaz.

3 yaşında “Youtube” videolarından təsirlənən uşaqdan nə olacaq? Sonra da yeniyetmələr intihar edir, səhv yola düşür, deyirik ki, direktordadır, məktəbdədir günah. Atam balası, sən o uşağı 6 yaşında normal şəkildə göndərmişdin ki məktəbə? Telefon yerinə əlinə kitab versən, indi Elina kimilərin ölümü üçün günahkar axtarmırdın.

Lazım oldu olmadı, hamı sonuncu çıxan telefonu işlədir. Tələbini ödəyəni yox, məhz son modeli. Özümüzü kimə, niyə göstəririk, nə yarışıdır bu axı? Kreditin aylarını saya-saya keçir illərimiz, tükənir ömrümüz.

Birgün gözümüzü ekranlardan çəkəndə görəciyik ki, valideynlərimiz qocalıb, uşaqlarımız böyüyüblər. Biz isə onlarla doyunca danışıb-gülməmişik, doyunca oynatmamışıq uşaqlarımızı.

Demək istədiyim odur ki, hər şeydən həddində istifadə etməliyik, yalnız tələblərimizi ödəmək üçün. Ağıllı telefonların axmaq kölələrinə çevrilməyək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR