Slimfit
  1. TEXNOLOGİYA

“Ağıllı” təkər sürücüləri təhlükəli yol barədə xəbərdar edəcək

“Ağıllı” təkər sürücüləri təhlükəli yol barədə xəbərdar edəcək
Sakura

“Ağıllı” təkər sürücüləri təhlükəli yol barədə xəbərdar edəcək

İtaliyanın “Pirelli” şirkəti yüksəksürətli beşinci nəsil mobil rabitə şəbəkələri (5G) daxilində qoşularaq məlumatlar ötürən dünyanın ilk “ağıllı” təkərini hazırlayıb. “5G” təkər təhlükə ilə rastlaşan zaman yol örtüyünün təhlükəli vəziyyətdə olması barədə digər hərəkət iştirakçılarını avtomatik məlumatlandıracaq.

ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, “Pirelli” kiberşini avtomobilin yolla birbaşa əlaqəsi olan yeganə hissəsidir ki, bu da təkərə quraşdırılan ötürücülərə hərəkətin vəziyyəti barədə daha çox informasiya toplamağa imkan verir. Təhlükəli yerlərlə yanaşı, “Cyber Tire” sistemi dinamik yük əmsalını müəyyənləşdirə və qət edilmiş məsafəni ölçə bilir.

Məlumata görə, “ağıllı” təkər avtomobildən məlumatlar toplayaraq onları “5G” üzrə mərkəzi qovşağa ötürür. Məsələn, yolda akvaplanlaşdırma riskini artıran su toplanan zaman digər sürücüyə təhlükəli əraziyə daxil olan zaman “5G” ilə bildiriş göndəriləcək.

“Cyber Tire” sistemi bu həftə İtaliyanın Turin şəhərində keçirilən “5G Path of Vehicle-to-Everything Communication” konfransında nümayiş olunub. Layihədə “Pirelli” şirkətinin “Ericsson”, “Audi”, “Tim”, “Italdesign” və “KTH” kimi tərəfdaşları iştirak edir.

“5G” təkərlərin satışa çıxarılma müddəti barədə məlumat verilmir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR