Ağıllı sarğı infeksiya yarandıqda rəngini dəyişir
Bu sarğılar yalnız rəng dəyişdirmir, həm də infeksiya ilə mübarizə aparır.
Məlumdur ku, bakteriyalar antibiotiklərə qarşı davamlıqlarını sürətlə inkişaf etdırır. Çin Elmlər Akademiyasının tədqiqatçıları bakteriyaların varlığını xəbərdar etmək üçün rəngini dəyişdirən ağıllı sarğılar hazırlayıblar. Belə ki, hər hansı yaraya yaşıl sarğı bağlanır və bakteriyalar görünsə, təxminən dörd saat ərzində sarı rəngə çevrilir.
Ens.az xəbər verir ki, dərmana davamlı bakteriya aşkar edilərsə, rəng qırmızıya dəyişir. Bu, sarğıya qoyulmuş kimyəvi maddələrdən qaynaqlanır. Patogen bakteriyalar tez-tez turşu mühiti yaradır, sarğı sadə bir pH göstəricisini ehtiva eydiyi üçün rəngini dəyişir. Sarğı həkimlərə lazımi vaxtda reaksiya verməyə imkan yaradır. Antibiotik ampisillin nanomateriallara yüklənir və bakteriyaları məhv edir.
Tədqiqat qrupu bu konsepsiyanı ilk dəfəsiçanlar üzərində sınayıb.
Sarğı əsasən kağızdan hazırlandığı üçün ucuz olmayacaq.
Qeyd edək ki, bu ilk ağıllı sarğı deyil. Buna oxşar prototiplər hərarət zamanı rəngini dəyişir, bakteriyaları öldürür, dərman ifraz edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət