Slimfit
  1. MARAQLI

Ağıllı robot Azərbaycan milli geyimini geyinəcək

Ağıllı robot Azərbaycan milli geyimini geyinəcək
Sakura

Ağıllı robot Azərbaycan milli geyimini geyinəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, “İnnovasiyalar həftəsi”nin ən maraqlı tədbirlərindən biri isə “Qlobal İnfluenser Günü” (Global İnfluencer Day) olacaq. “Keepface” platformasının rəhbəri Emin Vəli bildirib ki, tədbir çərçivəsində ən uğurlu süni intellekt nümunəsi, ilk vətəndaş robot “Sofiya” Azərbaycana gələcək. “Sofiya” indiyədək 40 ölkəyə səfər edib.

Xeberler.az bildirir ki, Ağıllı robot insana məxsus 60 təəssüratı (gülmək, yuxulamaq, təəssüflənmək, xoşbəxt olmaq, qorxmaq, təəccüblənmək və s.) ifadə etmək bacarığına sahibdir. İngilis və rus dilində sərbəst danışa, ünvanlanmış sualları məntiqə uyğun olaraq cavablaya bilir. Hətta onun öz şəxsi kredit kartı da mövcuddur. Ölkəmizə səfəri çərçivəsində “Sofiya”nı Heydər Əliyev Mərkəzinin səhnəsində Azərbaycan milli geyimində izləmək mümkün olacaq.

“Qlobal İnfluenser Günü” çərçivəsində qeyd edildiyi kimi, müxtəlif ölkələrdən 1 milyondan çox izləyicisi olan “influenser”lər qatılacaq. Həmin şəxslərin sosial şəbəkələrdə ümumilikdə 30 milyondan çox təqibçisi var. Biz bu böyük rəqəmdən yararlanaraq “influenser”lər üçün Bakının gəzməli-görməli yerləri, milli mətbəximizlə tanışlıq üçün kontent turu təşkil edəcəyik. Bu imkan verəcək ki, “İnnovasiyalar həftəsi” çərçivəsində qlobal arenada da Azərbaycan haqqında məlumatlar paylaşılsın”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR