Slimfit
  1. TEXNOLOGİYA

Ağıllı cihazlar

Ağıllı cihazlar
Sakura

Ağıllı cihazlar

Bu həftə Las Veqasda keçirilən ən böyük istehlakçı elektronika sərgisi, CES-də şirkətlər minlərlə ziyarətçi qarşısında ən yeni məhsullarını və xidmətlərini nümayiş etdirib. Bu il sərgidəki əsas mövzu isə belə olub: sensor və internet bağlantısı əlavə edərək hər şeyi təkmilləşdirmək olar.

Bu, tablet və adi əl hərəkəti ilə idarə olunan futuristik maşın Byton-dur.

 

Mən burada HiMirror-u nümayiş etdirirəm. Bu, dünyanın ilk ağıllı gözəllik güzgüsüdür. HiMirror şəkil çəkib, dərinizin sağlamlığını yoxlayıb, təhlil edir
Feir Say
 

Sistem beş işarə ilə idarə olunur.

Təsisçiləri Byton-u “ağıllı cihaz” kimi təsvir edir. Amma təşkilatçıların dünya boyu innovasiyalarının bir yerə toplandığı ən böyük sərgi adlandırdıqları bu tədbirdə yeganə ağıllı cihaz Byton deyil. Las Veqasda keçirilən bu sərgidə yeni cihazlarla tanış olmaq üçün 170 mindən çox insan iştirak edir.

Feir Say yeni yüksək texnologiyalı güzgünü təqdim edir.

“Mən burada HiMirror-u nümayiş etdirirəm. Bu, dünyanın ilk ağıllı gözəllik güzgüsüdür. HiMirror şəkil çəkib, dərinizin sağlamlığını yoxlayıb, təhlil edir,” deyə o bildirir.

Əgər görünüşünüz xoşunuza gəlirsə, HiMirror sizə bu görüntünü video mesaj şəklində başqaları ilə paylaşmağa imkan yaradır.

Artıq elə bir zəmanədə yaşayırıq ki, başdan ayağa ağıllı cihazlarla təchiz oluna bilərik. Məsələn Digitsole ağıllı telefona bağlanan sensoru olan ayaqqabı içliyi satır.

“Fəhlə bunu ayaqqabısının içinə taxır və ayaqqabısı telefonuna bağlanır. Beləcə o, işçinin bütün hərəkətlərini təsbit edir və onun topuq ağrısının, bel ağrısının və ya hər hansı başqa bir ağrısının səbəbini müəyyən edir,” deyə Digitsole-dan Kərim Umnia bildirir.

Əgər əsgər xəsarət alıb yıxılırsa, ayaqqabı dərhal komandasına onu xilas etmələri üçün mesaj göndərir.

Ağıllı maşınlar, ağıllı güzgülər və ağıllı ayaqqabılar bizim çox əlaqəli dünyada yaşadığımızın göstəriciləridir.

Mənbə: Amerikanın Səsi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR