Dərc edildi: Baxış sayı: 452
Agentlik sədri sərhədçilərlə birgə nahar etdi
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arasında əməkdaşlıq münasibətləri çərçivəsində 28 may tarixində Dövlət Sərhəd Xidmətinin “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqələrinə səfər təşkil edilib.
DSX-dan Azvision.az -a verilən məlumata görə, səfər zamanl Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli şəxsi heyətin qidalanma şəraiti, qidaların emal olunması və qida məhsullarının saxlanılması vəziyyəti ilə tanış olub, hərbi hissənin yeməkxanasında əsgərlərlə birlikdə nahar edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət