Dərc edildi: Baxış sayı: 566
Agentlik sədri: “Azərbaycanda koronavirusa yoluxan uşaqlar arasında ağırlaşma halı olmayıb”
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycanda koronavirusa yoluxan uşaqların vəziyyətini açıqlayıb.
Ens.az Apa.az-a istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında çıxış edən Agentlik sədri qeyd edib ki, bu günə qədər ölkədə koronavirusa yoluxan uşaqlar arasında ağırlaşma halı olmayıb:
“Onlar müəyyən müddətdən sonra test nəticələri 2 dəfə neqativ olduğu halda həkim nəzarəti altında evə buraxılırlar”.
Qeyd edək ki, Azərbaycanda ümumilikdə virusa yoluxanların 5%-i 0-9 yaş, 6%-i 10-19 yaş arası olan şəxslərdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət