Dərc edildi: Baxış sayı: 514
Ağdaşda iki məntəqə ilə bağlı qərar açıqlandı
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 90 saylı Ağdaş Seçki Dairəsi üzrə namizəd Səidə Cəbrayılovanın müraciətinə baxılıb.
Oxu.Az-ın xəbərinə görə, MSK üzvü Qabil Orucov bildirib ki, həmin dairənin 6 və 7 saylı məntəqələrinin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsaslar yaranıb.
Sonda MSK qərara alıb ki, həmin məntəqələrdə nəticələr etibarsız sayılsın.
Qeyd edək ki, adıçəkilən dairənin lider namizədi Cavid Osmanovdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət