Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Ağdamlı qadın üç oğlunu və bir nəvəsini şəhid verib - VİDEOREPORTAJ

Ağdamlı qadın üç oğlunu və bir nəvəsini şəhid verib - VİDEOREPORTAJ
Sakura

Ağdamlı qadın üç oğlunu və bir nəvəsini şəhid verib - VİDEOREPORTAJ

Əmrahovlar ailəsi Ağdam şəhərindən məcburi köçkün düşərək, rayonun Qaradağlı kəndində müvəqqəti məskunlaşıblar. Beş övlad böyüdən ailə Qarabağ müharibəsində üç övladını şəhid verib.

Böyük oğul Vaqif Əmrahov ön cəbhədə döyüş əməliyyatında, digər övladları İnqilab və Tərlan  arxa cəbhədə, nəvəsi Arzu Məmmədov isə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Qənirə ana 1992-1993-cü illərdə gedən döyüşlərdə üç övladını və bir nəvəsini itirsə də, bu gün qürurludur. Çünki əzizləri vətən yolunda şəhid olub. 93 yaşlı qadın deyir ki, bu gün müharibə başlasa, yenidən iki övladı və nəvələrini döyüşə göndərməyə hazırdır. Təki işğalda olan torpaqlarımız düşmən tapdağı altından azad edilsin.

Dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə edilən Əmrahovlar ailəsi mənzillə təmin olunub. İndi ailənin ən böyük arzusu Ağdama qayıtmaqdır.

Baku TV-nin videoreportajını təqdim edirik:

Mənbə: Oxu.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR