Slimfit
  1. CƏMİYYƏT

Ağdamdan növbəti humanitar yardım Xankəndiyə yola salınır

Ağdamdan növbəti humanitar yardım Xankəndiyə yola salınır
Sakura

Ağdamdan növbəti humanitar yardım Xankəndiyə yola salınır

Sentyabrın 26-da növbəti humanitar yardım Xankəndiyə yola salınır.

Trend-in bölgə müxbirinin verdiyi məlumata görə, 4 yük maşını 40 ton unu, gigiyenik vasitələri, yataq dəstlərini ünvana çatdıracaq. Həmçinin, növbəti təcili tibbi yardım maşını Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə tibbi ləvazimatlar aparır.

Humanitar yardım Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xanləndinə yola salınır.

Qeyd edək ki, ötən gün axşam radələrində Xankəndidə yanacaqdoldurma stansiyasında partlayış olub. Nəticədə təxminən 200-ə yaxın şəxs xəsarət alıb. Yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR