Slimfit
  1. AZƏRBAYCAN

Ağdamda qanunsuz sərnişindaşıma ilə məşğul olan sürcülər cərimələnib

Ağdamda qanunsuz sərnişindaşıma ilə məşğul olan sürcülər cərimələnib
Sakura

Ağdamda qanunsuz sərnişindaşıma ilə məşğul olan sürcülər cərimələnib

 Ağdam rayonunda qanunsuz sərnişindaşıma ilə məşğul olan sürcülərə qarşı reyd keçirilib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, reyd Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən təşkil olunub.

Reyd zamanı məlum olub ki, bir sıra avtobus və mikroavtobus sürücüləri müvafiq sənədləri, fərqlənmə nişanları olmadan və avtomobillərini texniki baxışdan keçirmədən qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olurlar. 

Yol Patrul Xidmətinin əməkdşları tərəfindən qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülər saxlanılaraq barələrində inzibati tədbirlər görülüb. 

Reyd zamanı Ağdam Dövlət Sosial-İqtisadi Kollecinə məxsus və kollecin tələbələrini daşıyan mikroavtobusun sürücüsü də qanunsuz fəlaiyyət göstərdiyinə görə saxlanılıb və cərimə olunub. 

Ümumilikdə reyd zamanı 50-yə yaxın sürcü barəsində protokol tərtib edilib. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR