Dərc edildi: Baxış sayı: 653
Ağdamda mina partlayıb, xəsarət alan var
Ağdamda minaya düşən şəxsin Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olduğu məlum olub.
"Ens.az" “Report”a istinadla xəbər verir ki,dekabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində 1992-ci il təvəllüdlü Vaqif Sabir oğlu Əkbərov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Bildirilir ki, xəsarət alan şəxs hadisə yerindən təxliyə edilərək xəstəxanaya çatdırılıb. Onun sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib.
Vəziyyəti qənaətbəxşdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət