Dərc edildi: Baxış sayı: 561
Ağdamda istifadəyə yararsız 120 kq ət aşkar edildi
Daxili İşlər Nazirliyi əməkdaşlarının və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Ağdam rayonu ərazisində tədbir keçirilib.
DİN-dən Axar.az-a verilən məlumata görə, Maqsudlu kənd sakini Yavər Azadovun idarə etdiyi QAZ-2410 markalı avtomobilə baxış zamanı mənşəyi məlum olmayan, natəmiz vəziyyətdə və istifadəyə yararsız 120 kiloqram çəkidə mal əti aşkar edilib.
Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib, araşdırmalar aparılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət