Slimfit
  1. AZƏRBAYCAN

Ağdam və Tərtərdə Dövlət Bayrağı günü qeyd olunub

Ağdam və Tərtərdə Dövlət Bayrağı günü qeyd olunub
Sakura

Ağdam və Tərtərdə Dövlət Bayrağı günü qeyd olunub

Ağdam rayonunda Dövlət Bayrağı günü münasibətilə yürüş keçirilib.

"Report"un Qrabağ bürosunun məlumatına görə, yürüşdə hərbçilər, Qarabağ müharibəsi veteranları, gənclər, müəllim və şagirdlər iştirak ediblər. 

Yürüş iştirakçıları Quzanlı qəsəbəsində ulu öndər Heydər Əliyevin abidəsinin və Şəhidlər abidə kompleksinin önünə gül dəstələri qoyublar. Yürüş Quzanlı qəsəbəsinin Heydər Əliyev prospekti boyunca Bayraq meydanına qədər davam edib. 

Yürüş zamanı hərbi orkestrin ifasında marşlar səsləndirilib. 

Dövlət Bayrağı Muzeyinin qarşısındakı parkda davam edən tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov əlamətdar gün münasibətilə mərasim iştirakçılarını təbrik edib. 

O bildirib ki, hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza ehtiram göstərməyi özünün müqəddəs borcu hesab edir: "Ölkəmizin bütün bölgələrində bayraq meydanlarının və muzeylərinin inşa edilməsi xalqımızın dövlət bayrağına olan sevgi və hörmətinin təcəssümüdür".

Dövlət Bayrağı günü münasibətilə daha bir tədbir isə Tərtər rayonunda keçirilib.

Bayraq yürüşündə minlərlə insan - hərbçilər, Qarabağ müharibəsi veteranları, gənclər, idmançılar, müəllim və şagirdlər iştirak ediblər.

Beş min nəfərə yaxın insanın qatıldığı yürüş Heydər Əliyev prospektindən Bayraq meydanınadək davam edib. Tədbir Azərbaycanın Dövlət Himninin oxunması ilə başlayıb.

Tədbirdə çıxış edənlər Dövlət Bayrağı gününün qeyd olunmasını dövlətçilik tariximizin əlamətdar hadisəsi kimi qiymətləndirib. Bildirib ki, üçrəngli bayrağımızın yüksəklərdə dalğalanması üçün xalqımız çətin, eyni zamanda şanlı mübarizə yollarından keçib. Minlərlə Vətən övladının qanı bahasına başa gəlmiş bayrağımızın dövlət atributuna çevrilməsi, müstəqil Azırbaycanın səmalarında dalğalanması və dünya birliyi tərəfindən tanınması xalqımızın apardığı mücadilənin nəticəsidir.

Qeyd olunub ki, hər bir Azərbaycan vətəndaşı millət və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı sevir və onunla qürur duyur. Respublikamızın bütün bölgələrində olduğu kimi, Tərtər şəhərində də bayraq meydanının inşa edilməsi və hazırda Bayraq Muzeyinin tikintisi üçrəngli bayrağımıza olan sevgi və ehtiramın göstəricisidir. Meydanda 65 metr hündürlükdə dalğalanan bayrağımız cəbhə bölgəsində yaşayan tərtərlilərin qəlbini fərəh və qürur hissi ilə doldurur.

Eyni zamanda Tərtər rayonunda ağacəkmə aksiyası da keçirilib. Tərtər-Şıxarx avtomobil yolunun kənarında 1200 ədəd Eldar şamı əkilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR