Dərc edildi: Baxış sayı: 468
Ağdam kəndində mülki sakinlər hədəfə alınıb
Ermənistan silahlı bölmələrinin iyulun 12-dən etibarən intensiv artilleriya atəşi nəticəsində Tovuz rayonunun Ağdam kəndinin sakini, 65 yaşlı Minayə Qasımovanın evi ziyan görüb.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, M.Qasımovanın yaşadığı evin həyətinə mərmi düşüb.
Hadisə iyulun 14-də baş verib.
Ev sakinləri deyir ki, iyulun 12-14 tarixlərində onların evləri və həyatları təhlükə altında olub. Bununla belə, onlar evlərini tərk etmək barədə düşünməyiblər.
Hazırda kənddə vəziyyət stabildir. Əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət