Slimfit
  1. İQTİSADİYYAT

'AGBank” və “NBC Bank”dakı əmanətlər bu bank vasitəsilə qaytarılacaq

'AGBank” və “NBC Bank”dakı əmanətlər bu bank vasitəsilə qaytarılacaq
Sakura

'AGBank” və “NBC Bank”dakı əmanətlər bu bank vasitəsilə qaytarılacaq

 
Azərbaycan Mərkəzi Bankının lisenziyalarını ləğv etdiyi “AG Bank” və “NBC Bank” ASC-lərdə qorunan əmanətlərə görə kompensasiya verilməsi üçün agent bank qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) seçilib. 

Ens.az "Report"-a istinadən xəbər verir ki, bu barədə bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, kompensasiyalar nağdsız qaydada, “Əmanətlərin tam sığortalanması haqqında” qanuna uyğun olaraq ödəniləcək. 

ABB-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:

- 16 iyun 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivaləntinə qədər (30 min manat daxil olmaqla) olan əmanətlər;

- 15 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən çox olan əmanətlər. 

Əmanətçilərdən kompensasiyaların alınması üçün əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədləri (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədi təqdim etmələri xahiş olunur.

Qorunan əmanətçilər ərizə formalarını iyunun 16-dan ABB-nin müvafiq filiallarından və www.adif.az saytından əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi ilə bağlı filial şəbəkəsi barədə əlavə məlumat veriləcək.

Qorunan əmanətçilər hesabdan çıxarışları 10 iyun 2020-ci il tarixindən ləğv prosesində olan “AG Bank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Cəlil Məmmədquluzadə küçəsi, 102A ünvanında yerləşən baş ofisi, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından, ləğv prosesində olan “NBC Bank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, məhəllə 2054 ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından əldə edə bilərlər.

“Əmanətlərin sığoratalanması haqqında” qanuna əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR