Slimfit
  1. TARİX

Ağa Məhəmməd Qacarın tacqoyma mərasimi

Ağa Məhəmməd Qacarın tacqoyma mərasimi
Sakura

Ağa Məhəmməd Qacarın tacqoyma mərasimi

Qacarlar İranda 1796-1925-ci illər arasında hakimiyyətdə olmuş türk sülaləsidir, Səfəviləri Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-türk tayfalarından biridir.

Qovanlı türk tayfasından olan Qacarlar Monqol işğalı zamanında İrəvan ətrafında kök saldılar. XVI əsrin əvvələrində Azərbaycanda və İranda böyük dövlət quran Səfəvilər Azərbaycan Respublikasının indiki ərazisini yerli türk xanlarına buraxdılar. 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqqında tarixi məlumatlar mövcuddur. 

XVI-XVII əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutdular. I Şah Abbas Səfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirdi. Onların bir çoxu Astarabad (hazırda Qorqan) ərazisində yaşayırdı. 

1795-ci ildə Ağa Məhəmməd şah Qacar özünün 60 minlik qoşununu Qafqaza yeritdi. Qoşun üç yerə bölünürdü: kiçik bir hissəsi Dağıstan üzərinə keçmək üçün Muğana, əksər hissəsi Ağa Məhəmməd şahın öz başçılığı altında Şuşanı almaq məqsədilə Qarabağa, üçüncü dəstəsi isə şahın qardaşlarının rəhbərliyi altında İrəvan xanlığına doğru yollandı. Keçilməz Şuşa qalasını xüsusi hazırlıq olmadan tutmaq mümkün deyildi və bunu anlayan Ağa Məhəmməd şah qoşunun ağzını Tiflisə tərəf döndərdi. Onun dəstəsi güclü müqavimət görmədən İraklinin yaraqlılarını darmadağın edərək, Tiflisə girdi. İrakli qaçıb dağlara çəkildi. 22 min dinc sakin qul və kəniz kimi satıldı. Tiflis yağmalanıb, dağıdıldı.

Qacarın dəstəsi Şuşanı mühasirəyə alarkən II İrakli Gəncəyə hücuma keçmişdi. Görünür, Şuşanın belə tezliklə mühasirəyə alınmasına və Tiflis üzərinə hücuma bunun da müəyyən təsiri olmuşdu. Gəncə xanı Cavad xan Ziyadoğlunun Ağa Məhəmmədə fəal köməklik köstərməsi də müəyyən dərəcədə Gəncə üzərinə talançı basqınların müqabilində II İraklidən hayıf çıxmaq məqsədi güdürdü. Tiflis alındıqdan sonra Azərbaycanın bir çox  cənub xanlıqları Ağa Məhəmməd şaha tabe olduqlarını bildirdilər. Yalnız İrəvan və Qarabağ xanları onun tabeçiliyini qəbul etmədilər. 1796-cı ilin yayında Ağa Məhəmməd şahın qardaşlarının komandanlığı altında 20 minlik ordu İrəvana yaxınlaşdı. Beş həftəlik mühasirədən sonra qala təslim oldu və sülh bağlandı.

Yürüşdən geri qayıdarkən Ağa Məhəmməd xan Muğan düzündə təntənəli tacqoyma mərasimi keçirdi. Nadirin tacqoyması da Azərbaycanın bu vilayətində keçmişdi, amma Qacar onun qoyduğu tacı başına qoymaq istəmədi. Təzə tac dörd lələkdən ibarət idi. Həmin dörd lələk İran, Hindistan, Əfqanıstan və Orta Asiya üzərində hökmranlığın rəmzi idi. Tacqoyma zamanı Ağa Məhəmməd şaha kiçik bir diadema (çutqabağı) və şah qılıncı da verdilər. Qılınc və çutqabağı Ərdəbildən, Şeyx Səfi kompleksindən gətirilmişdi. Görünür, bununla Ağa Məhəmmədin Səfəvi hakimiyyəti ilə varisliyi rəmzləşdirilirdi. Qacar böyük Səfəvi imperiyasını bərpa etmək arzusu ilə yaşayırdı.

Ağa Məhəmməd Qacarın tacqoyma mərasimi sonradan Qacarlar sülaləsində bir ənənəyə çevrildi.

Şahın tacqoyma mərasimi barədə maraqlı faktı Oxu.Az-a tarixçi-alim Əkbər Nəcəf verib.

Ağaməhəmməd Qacarın tacqoyma mərasimində Ərdəbildə Şeyx Səfi məqbərəsində yer alan ləl-cəvahiratla bəzədilmiş və üzərində qılınc olan kəmər də gətirildi. Daha sonra bu, ənənəyə çevrildi və hər Qacar hökmdarı taxta çıxanda Ərdəbildən həmin qılıncı gətirib taxt mərasimində belinə bağlayardı.

C.Malkolm isə mərasimin birbaşa Ərdəbildə təşkil olduğunu qeyd edir: “Ağa Məhəmməd Qacar Nadir şahın tacını başına qoymaqdan imtina etdi və bunun əvəzində Səfəvilər sülaləsinin məqbərəsində saxlanılan müqəddəs qılıncı öz belinə bağladı. Beləcə, hər yeni hökmdar Ərdəbilə silah dalınca getməli oldu. Bu mərasim məqbərədə bir gecəlik müddətə keçirilirdi. Həmin vaxt ərzində müqəddəslərə səcdə edirdilər ki, onlar həmin silahı gəzdirəcək hökmdara himayədarlıq etsinlər. O biri gün hökmdar onu geyinir. Sarayda bununla əlaqədar böyük bayramlar təşkil olunur və kasıblara xeyli miqdarda bəxşiş verilir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR