Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ağ kələmin inanılmaz faydası

Ağ kələmin inanılmaz faydası
Sakura

Ağ kələmin inanılmaz faydası

Milli mətbəximizdə kələmdən müxtəlif salat və xörəklərin hazırlanmasında istifadə olunur. Vitamin və mikroelementlərlə zəngin olan kələmin brokkoli, Brüssel, Pekin, ağ, qırmızı və gül kələm kimi növləri var. Onların arasında ağ kələm özünəməxsus yer tutur.

Axar.az xəbər verir ki, kələmin keyfiyyəti onun yarpağının say və sıxlığından asılıdır. Yaşılımtıl-ağ rəngdə olan kələmin özəyində, yəni saplağında qara ləkələrin olması onda çürümə prosesinin başlandığını göstərir. Yarpaqlarının solmasının qarşısını almaq üçün kələmin buzlu suya salınaraq bir neçə dəqiqə saxlanılması yarpaqların yenidən canlanmasına səbəb olur.

Kələmin insan sağlamlığına böyük faydası var. Ağ kələm tərkibində olan C vitamini sayəsində orqanizmdə baş verən avitaminozu aradan qaldırır. Bundan başqa onun ağrıkəsici və iltihab əleyhinə təsir göstərmək qabiliyyəti var. Podaqradan əziyyət çəkənlərin qida rasionuna kələm əlavə edilməsi faydalıdır. Eyni zamanda, ürək və böyrək xəstəliklərinə qarşı kələm yeyilməsi, mədə şirəsinin turşuluğu az olanda isə onun şirəsini içmək məsləhət görülür.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR