Afrikanın daha iki ölkəsində koronavirus aşkarlandı
Qana və Qabonda koronavirusa ilk yoluxma halları qeydə alınıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, Qanada iki nəfərə, Qabonda isə bir nəfərə koronavirus diaqnozu qoyulub.
Məlumata görə, Qanada yoluxan iki nəfər Norveç və Türkiyədən səfərdən qayıdıblar. 27 yaşlı Qabon sakini isə martın 8-i Fransadan ölkəsinə geri dönüb.
Beləliklə, Afrika qitəsində koronavirusun yayıldığı ölkələrin sayı 10-a çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 129 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 135 166-ya çatıb. Bunların 70 407 nəfəri sağalıb, 4 990 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət