Slimfit
  1. TEXNOLOGİYA

Afrikalıların ən sevimli telefonu hansıdır?

Afrikalıların ən sevimli telefonu hansıdır?
Sakura

Afrikalıların ən sevimli telefonu hansıdır?

IDC analitikləri Afrikada ən çox hansı smartfonların satıldığını müəyyənləşdiriblər. Mütəxəssislər bildiriblər ki, bölgədəki ikinci rüb üzrə mobil cihaz satışları təxminən birinci rüb ilə eyni qalıb, 0.1% artım olub. Lakin rüblük telefon satışlarının, illik satışlara nisbətdə 10.6% azalması, bütövlükdə bazar satışının 6.0% azalmasına səbəb olub.

Ens.Az ted.az-a istinadən bildirir ki, analitiklərin fikrincə, pandemiyaya görə ciddi məhdudiyyətlərin tətbiq olunduğu Cənubi Afrikada mobil satışları 16.8%, məhdudiyyətlərin daha yumşaq olduğu və müəssisələrin işləməyə davam etdiyi Misirdə isə 2.2% artım qeydə alınıb

İstehsalçılar arasında bazar paylanması baxımından ən böyük pay Tecno, Itel və Infinix markaları altında cihazları təmin edən Çin Transsion şirkətinə aiddir. Satılmış vahidlərin sayını hesablasaq onun payı 45,2%-ə bərabərdir. Samsung-un payı 19,0%, Huawei-in payı isə 8,8% təşkil edir. Pul baxımından mənzərə dəyişir: Transsion satışların 30,1%, Samsung-27.8% təşkil edir. Rübdə smartfonların orta satış qiyməti 9,8% azalıb. Təhlilçilər bunu pandemiya və qiymətlərin aşağı düşməsinə görə bazar şəraitinin pisləşməsi ilə əlaqələndirirlər.

Afrika bazarında ən populyar mobil cihazlar 80 dollardan aşağı olan smartfonlardır. İkinci rüb ərzində bu kimi smartfonların bazar payı 18,2% artıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR