Afiyəddin Cəlilovun oğlu Baku TV-yə danışdı: “Oğluma görə hər kəsdən üzr istəyirəm”
Sosial şəbəkələrdə “Jalilov” adlı profillə tanınaraq qeyri-etik hərəkətlərilə gündəmə gələn, videolar çəkərək “TikTok”da paylaşan yeniyetmənin atası Nihat Cəlilov hər kəsdən üzr istəyib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,o, son zamanlar övladının etdiyi əməllərin ailəsini sarsıtdığını söyləyib.
N.Cəlilov övladının hazırda tibb müəssisəsində müalicə olunduğunu bildirib.
O, oğlunun etdiklərinə görə Azərbaycan xalqından üzr istəyib.
Qeyd edək ki, “Jalilov” adı ilə “TikTok”da məşhurlaşmış şəxsin atası Nihat Cəlilov biznes fəaliyyəti ilə məşğuldur.
Xatırladaq ki, 2009-cu il təvəllüdlü Əli-Afiyəddin Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsidir. Son günlər küçədə və ictimai nəqliyyatda insanları narahat edən yeniyetmənin paylaşdığı videolar sosial şəbəkələrin gündəminə çevrilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət