Dərc edildi: Baxış sayı: 462
AFFA "Sumqayıt"ın kapitanını cəzalandırıb
FFA İntizam Komitəsinin iclası keçirilib.
"Report" qurumun saytına istinadən xəbər verir ki, iclasda cəmi bir məsələyə dair qərar çıxarılıb. "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov Azərbaycan Premyer Liqasının ilk turunda evdə "Neftçi" ilə matçın 67-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Klub isə 200 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, "Sumayıt" "Neftçi"yə 0:2 hesabı ilə uduzub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət