AFFA "Sumqayıt"ı 5600 manat cərimələdi, baş məşqçisini cəzalandırdı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
İclasda Premyer Liqanın XX turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.
Belə ki, Premyer Liqanın XX turunun “Qəbələ” - “Səbail” matçında “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 73-cü dəqiqəsində “Qəbələ” klubunun 27 №-li futbolçusu Bəhlul Mustafazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Sumqayıt” - “Neftçi” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Neftçi” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 78-ci dəqiqəsində “Sumqayıt” klubunun 1 №-li futbolçusu Mehdi Cənnətov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.
Oyunun 85-ci dəqiqəsində “Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə edilib.
Oyunun 82-ci və 84-cü dəqiqələrində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığına görə klub 1600 manat cərimə olunub.
Mənbə: Strategiya.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət