Dərc edildi: Baxış sayı: 643
AFFA serbiyalı məşqçini Bakıya dəvət etdi
2019-cu ilin oktyabrından AFFA fiziki güc və kondisiya, həmçinin fiziki test layihələrinə başlayıb.
"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, layihənin rəhbəri Belqrad Universitetinin İdman və fiziki təhsil fakültəsinin bio-mexanika və motorik-kontrol üzrə professoru Vladimir Mrdakoviç və fitnes məşqçisi Zlatan Prokopiçdir.
Layihə çərçivəsində gənclərdən ibarət milli komandalar üçün məşqlər və fiziki testlər hazırlanıb. AFFA bu layihədə iştirak etmək istəyən fitnes məşqçilərini əməkdaşlığa dəvət edir. Mütəxəssislər CV-lərini AFFA-nın Texniki departamentinə göndərə bilərlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət