Slimfit
  1. İDMAN

AFFA rəsmisi: “Lisenziyalaşdırma mayın əvvəlinə kimi uzadılıb”

AFFA rəsmisi: “Lisenziyalaşdırma mayın əvvəlinə kimi uzadılıb”
Sakura

AFFA rəsmisi: “Lisenziyalaşdırma mayın əvvəlinə kimi uzadılıb”

AFFA-nın baş katibinin müavini, həmçinin Lisenziyalaşdırma Qrupunun müvəqqəti rəhbəri Sərxan Hacıyevin apasport.az saytına müsahibəsi

- Növbəti mövsüm avrokuboklarda və Premyer Liqada iştirak etmək üçün klubların son müraciət tarixi adətən mart ayına nəzərdə tutulur. Hazırda bununla bağlı vəziyyət nə yerdədir?
- Novruz bayramı öncəsi UEFA-dan bununla bağlı bütün assosiasiyalara, həmçinin bizə sorğu gəldi. UEFA özü hazırda vaxtın uzadılması üzərində işləyir. Mart ayına nəzərdə tutulmuşdusa, indi son tarix mayın əvvəli götürülüb. Razılıq əldə olunub ki, dəyişikliklərlə bağlı mütəmadi məlumat bölüşdürülsün. Növbəti addımlar necə olacaq, bunu bilmirik.

- Tarix maydan sonraya da uzadıla bilər?
- Mayda ümumi sənədlərin verilməsi ilə bağlı lisenziya komissiyasının iclası keçiriləcək. Açığı, bununla bağlı konkret nəsə demək də çox çətindir. Çünki bu müddətin uzadılıb-uzadılmayacağı hadisələrin gedişindən asılı olacaq. Hələ də qeyri-müəyyənlik var. Amma iş dayanmayıb, bəzi sənədlər bizə daxil olub, yoxlanılıb.

- İlkin müraciət zamanı Premyer Liqa və avrokubokda iştirak üçün elita təmsilçilərinin hamısı sənədlərini təqdim edib?
- Bəli, hamısı həm Premyer Liqa, həm də avrokuboklar üçün sənədlərini təqdim edib. Klublardan ilk müraciət ötən il oktyabrın sonlarında gəlmişdi. O vaxtdan bəri müxtəlif sənədlərini təqdim ediblər.

- Ötən il avrokubokda iştirakı mümkün olmayan "Sabah" klubu növbəti mövsüm üçün müraciət edibmi?
- Keçən mövsüm "Sabah" avrokuboka vəsiqə qazansaydı belə, oynaya bilməyəcəkdi. Artıq bununla bağlı problemləri yoxdur, çünki 3 ili tamamlayıblar.

- Yalnız maliyyə ilə bağlı sənədlərin qəbulu qalıb?
- Bəli, təkcə maliyyə ilə bağlı sənədlər qalıb. Bu məsələ də hələ qeyri-müəyyəndir. Ümumiyyətlə, maliyyə məsələsinə həm UEFA, həm də AFFA tərəfindən diqqət edilir. Çünki keçmişdə mövsümü tamamlamayan klublar olub. Artıq buna yol vermək olmaz.

- Birinci divizion klublarından Premyer Liqada iştirakla bağlı müraciətlər olub? 
- Bəli. Bəzi meyarlar üzrə müraciətlər fevralda edilməli idi. Ad və say deməyimiz doğru olmaz. Çünki 2-3 il əvvəl bununla bağlı problem yaranmışdı. Müraciət etmək o demək deyil ki, onlar Premyer Liqaya qəbul olunublar. Keçən il son ana qədər iştirak edib-etməyəcəyi məlum olmayan komandalar var idi.

- "Turan Tovuz" və "Kəpəz"in gələn mövsüm Premyer Liqada iştirak etməsi gözlənilir. Onlar müraciət ediblərmi?
- Təkcə onlar sənəd göndərməyiblər. Birinci diviziondan başqa müraciətlər də var.

- Ümumiyyətlə, müraciətlərə əsasən vəziyyət ürəkaçandırmı?
- Ümumi vəziyyət yaxşıdır. Ötən mövsümlərlə müqayisədə ciddi çatışmazlıq yoxdur. Hər şey qaydasında gedir. Sadəcə, heç kimin gözləmədiyi koronavirus problemi ortaya çıxdı. Bu səbəbdən tarixlərlə bağlı konkretlik yoxdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR