UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa hazırlıq işləri ilin sonuna qədər yekunlaşacaq
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa hazırlıq işləri ilin sonuna qədər yekunlaşacaq.
Publika.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov bu barədə “Report”a açıqlamasında deyib.
Assosiasiyanın rəsmisinin sözlərinə görə, hazırda yekun konsepsiyanın hazırlanması istiqamətdə işlər aparılır. E.Məmmədov bildirib ki, final oyunu ilə bağlı Bakıya gələn UEFA nümayəndələri müxtəlif sahələri yoxlayırlar: “Onlar dövlət strukturları ilə görüşlər keçirdirlər. Final matçı deyiləndə, söhbət yalnız stadiondan getmir. Hava limanı, yollar, nəqliyyat, otellər və digər məqamlar var. Hazırda hər şey qaydasındadır. Proses plana uyğun şəkildə davam edir. İlin sonuna qədər işlər yekunlaşmalıdır. Dövlət təşkilatları ilə birgə işləyirik və bütün sahələri əhatə edən konsepsiya təqdim edəcəyik. Təbii ki, bu işdə UEFA da bizə köməklik göstərir”.
Qeyd edək ki, Avropa Liqasının final matçı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət