AFFA “Qəbələ”nin baş məşqçisini cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul olunub:
Azərbaycan Premyer Liqasının XVI turunun “Sabah” – “Qəbələ” matçının 45+1-ci dəqiqəsində “Sabah” klubunun 9 №-li futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Oyunun 90+5-ci dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Zaur Haşımov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat сərimə olunur.
Azərbaycan Premyer Liqasının XVI turunun “Sumqayıt” – “Qarabağ” matçında “Sumqayıt” klubunun 5 , “Qarabağ” klubunun 4 futbolçularının sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunur.
Azərbyacan Premyer Liqasının XVI turunun “Səbail” – “Zirə” matçının 81-ci dəqiqəsində “Səbail” klubunun 32 №-li futbolçusu Elvin Yunuszadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Azərbaycan Premyer Liqasının XVI turunun “Neftçi” – “Keşlə” matçında “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət